Ermənistan ordusu iki əsgərini itirdi

Ermənistan ordusunda iki əsgər ölümü faktı qeydə alınıb. sabahinfo.az-ın məlumatına görə, əsgərlər leysan yağışlar nəticəsində yaranan daşqında ölüblər.Ermənistan istintaq komitəsinin verdiyi məlumata görə, faciəli hadisə iyun 8-də gecə saat 00:30 radələrində baş verib. Vardan Qrmadjyanın cəsədi saat 05:45-də, Armen Kazaryanın isə 09:30 radələrində aşkar edilib. Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır. Əsgərlərin boğulduğu ehtimal olunur. 

Ermənistan Müdafiə Nazirliyi hadisənin baş verdiyi ərazini qeyd etməyib, buna görə erməni əsgərləri Azərbaycanın işğal edilmiş ərazilərində həlak olduğu ehtimal edilir.  

Ermənistan əsgərləri
Ermənistan əsgərləri

Bir neçə gün öncə Qarabağda daha bir erməni əsgər ölüb. Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə təmas xəttinin şimal hissəsində - Dağlıq Qarabağdakı hərbi hissələrdən birində baş verib. İyunun 2-də saat 09:15-də ordunun əsgəri, 1997-ci il təvəllüdlü Xoren Harutunyan ölümcül yaralanıb. Əsgər həyatını itirib.Son dəfə Ermənistan ordusunda əsgər ölümü faktı 3 gün öncə qeydə alınıb. Əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir. Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Daha sonra ordunun digər əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi barədə məlumat yayıldı. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.