Ermənistanda partlayış: - 2 ölü

Ermənistanın Kotayk vilatyətinin Lernanist kəndində güclü partlayış olub.

 

Sabahinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə  kəndin icra nümayəndəsi Artyom Ayrapetyan məlumat verib.

 

O bildirib ki, partlayış nəticəsində ərzaq dükanı uçub və nəticədə azı 2 nəfər ölüb. Dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

 

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar gedir.