Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsinin yolları axtarılır

Ermənistanda qadınlar könüllü şəkildə hərbi xidmət keçə bilər.

 

APA-nın məlumatına görə, bunu Ermənistan müdafiə naziri Viqen Sarkisyan "lenta.ru”ya müsahibəsində deyib.

 

O bildirib ki, hazırda qadınların könüllü xidmət keçə bilməsi üçün imkanların genişləndirilməsi istiqamətində iş aparır. Onun sözlərinə görə, ordu gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün məktəb rolunu oynaya bilər.