“Ərzaq məhsullarının tədarükü və təchizatı” Cəmiyyətinə 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 
fərman verib.

 

Sabahinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.

Bundan başqa, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 000 000 manat ayrılıb.