Fidel Kastronun külü bu gün dəfn edilir

Kuba inqilabının lideri Fidel Kastronun külünün dəfn edilməsi mərasimi başlayıb.

 

sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Kuba Televiziyası məlumat yayıb.

 

F. Kastronun külü kortejlə Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığına gətirilib. Korteji minlərlə şəhər sakini müşayiət edib.

 

Qeyd edək ki, dünən Kubanın hazırki lideri Raul Kastro bildirib ki, sadə, təvazökar dəfn mərasimi keçiriləcək.