FİFA prezidentliyinə yeni seçkinin vaxtı müəyyənləşdi

FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub.

Qol.Az-ın verdiyi xəbərə görə, bu tədbir 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.

Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istifa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icarə edəcək.

Hələlik qarşıdakı seçkidə İordaniya şahzədəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.