Filippində partlayış: - 29 yaralı

Filippinin Xilonqos şəhərində partlayış baş verib. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 2-si ağır vəziyyətdə olmaqla, 27 nəfər xəsarət alıb.

 

Partlayış çərşənbə günü axşam Xilonqos şəhərində keçirilən boks döyüşü zamanı baş verib.

 

Polis insidentin araşdırılmasına başlayıb. Partlayışın səbəbi məlum deyil.