Fransa-Portuqaliya oyunu öncəsi bomba təhlükəsi - Şübhəli çanta tapıldı

Xәbәr verdiyimiz kimi, bu gün Avropa Çempionatının finalı keçirilәcәk. Hәlledici qarşılaşmada Fransa vә Portuqaliya üz-üzә gәlәcәk.

Finala saatlar qalmış Fransa Milli Komandasının qaldığı hotelin qarşısında şübhəli çanta tapılıb.

Fransız polisi çantanı görər-görməz hoteli boşaldıb. Binaya giriş və çıxışlar bağlanıb.

Çantanın yoxlanması üçün əraziyə bombanı məhv etmə üzrə mütəxəssilər gəlib.