Fransada “Total” şirkətinin zavodunda partlayış baş verib

Fransada "Total” şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qonfrevil kommunasında (Aşağı Normandiya departamenti) təmir işləri aparılarkən qeydə alınıb.

 

Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub.