Fransanın paytaxtında partlayış - 153 nəfər öldü - Yenilənib

Onlardan 112-si "Bataklan” teatrının konsert zalında ölüb


Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Onlardan 112-si "Bataklan” teatrının konsert zalında ölüb.

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra "Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən "Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

***

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində azı 140 nəfər ölüb.

 Paris meriyası onlardan 100-ün "Bataklan” teatrında, 40 nəfərin isə paytaxtın müxtəlif bölgələrində öldüyünü təsdiqləyib.

Parisin "Bataklan” teatrında girovların azad edilməsi əməliyyatında 3 terrorçu məhv edilib.

Terror aktları ümumilikdə Parisin 7 bölgəsində törədilib. Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

***

Fransanın paytaxtı Parisin müxtəlif bölgələrində partlayış, atışma və girov götürülmə nəticəsində ölənlərin sayı 60-a çatıb.

Onlarla insanın yaralandığı bildirilir.

Ötən axşam naməlum silahlılar Parisin 10-cu dairəsində atəş açıb, 11-ci dairədə yerləşən "Bataklan” teatrında isə təxminən 100 nəfər girov götürülüb. Həmçinin "Stad de Frans”stadionu yaxınlığında, Fransa-Almaniya oyunu keçirilən zaman, bir neçə partlayış törədilib.

***

Parisdə partlayışlar və atışma nəticəsində azı 26 nəfər ölüb.

Bu barədə Paris polisinin prefekturasından bildiriblər.

Digər məlumata əsasən isə paytaxtın "Bataklan” konsert zalında naməlum şəxslər tərəfindən girov götürülənlər var.

***

Parisin "Stade de France” stadionu yaxınlığında bir neçə partlayış qeydə alınıb.

Partlayışlar Fransa-Almaniya yoldaşlıq matçı zamanı baş verib.

BFM TV telekanalının xəbərinə görə, hadisə nəticəsində xəsarət alanlar var. Qeyd olunur ki, Fransa prezidenti Fransua Olland görüşü izləmək üçün stadionda olub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.