Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində mərmi tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabahinfo.az verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində 1 ədəd mərmi tapılıb. Mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.