Göygöldə “Niva” ilə “Pejo” toqquşdu: - 2 yaralı

Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

 

"Niva” və "Pejo” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - "Pejo” markalı maşının sürücüsü 1972-ci il təvəllüdlü Bəxtiyar Cəfərov və digər maşının sürücüsü xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.