Gülən Türkiyəyə qayıtma şərtini açıqladı

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan Fətullah Gülən bəyan edib ki, ABŞ Ankaranın onun ekstradisiyası ilə bağlı sorğusuna müsbət cavab verərsə, Türkiyəyə qayıtmağa hazırdır.

sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, F.Gülən bu barədə ZDF telekanalına müsahibəsində deyib: 

"Əgər ABŞ müsbət cavab verərsə, mən gedəcəm, heç bir problem yoxdur”.

Qeyd edək ki, İstanbul məhkəməsi Fətullah Gülənin həbsi barədə qərar çıxarıb. Bundan sonra Türkiyə hökuməti ABŞ-a Gülənin ekstradisiyası ilə bağlı iki sorğu yollayıb.