Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib

Parlamentin növbədənkənar iclasında baş nazir İrakli Qaribaşvilinin rəhbərliyilə hökumətin yeni tərkibi təsdiqlənib.
Ölkə tarixində ilk dəfə olaraq müdafiə nazirliyinə qadın başçılıq edəcək.
42 yaşlı Tina Xidaşeli avrointeqrasiya üzrə parlament komitəsinin sədri olub. O, 2012-ci ildə hakim koalisiyadan millət vəkili seçilib.
İrakli Qaribaşvili parlamentə həmçinin təbii sərvətlər və idman nazirini təqdim edib. Hökumətin qalan tərkibi dəyişməz qalır.
Nazirlər Kabinetinə etimad məsələsi 2012-ci ildə parlament seçkilərində qalib gəlmiş Gürcü arzusu koalisiyasının formalaşdırdığı hökumətdən sayca 7-ci nazirin istefasından sonra gündəmə gəlmişdir.