Gürcüstanda həqiqi hərbi xidmət ləğv edilib

Qərar bu gündən qüvvəyə minib.

Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib.

sabahinfo.az xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğbv edilməsi haqqında sərəncam imzalayıb.

Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: 

"Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram. Bu qərar imzalandığı andan qüvvəyə minir”.

Xatırladaq ki, bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.