Gürcüstanda səsələr 100% hesablandı - Prezident seçkilərinin qalibi açıqlandı - RƏSMİ

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində verilən səslərin 100%-ni hesablayıb.

Modern.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, Salome Zurabişvili 59,52% səs toplayaraq ölkə tarxinin ilk qadın prezidenti seçilib. Onun rəqibi Qriqol Vaşadze isə 40,48% səslə ikinci yerdə qərarlaşıb.

Seçicilərin 1,14 milyonu Zurabişviliyə, 778 min nəfəri isə Vaşadzeyə səs verib. Seçici fəallığı 56,23% olub.