Gürcüstanın yeni DİN rəhbəri ilk səfərini İrəvana etdi

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Ermənistana ilk işçi səfərini həyata keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Gürcüstan DİN-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, G. Mqebrişvili Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistanın daxili işlər naziri  Vladimir Qasparyan ilə görüşüb.

 

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, G. Mqebrişvili Ermənistan prezidenti ilə görüşdə Gürcüstan və Ermənistanın dövlət sərhədlərinin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələ qaldırıb və ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu proses uğurla başa çatacaq. 

 

Görüşdə Gürcüstan və Ermənistan daxili işlər nazirləri əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparıblar. G. Mqebrişvili erməni həmkarı ilə birlikdə "İki ölkə arasında polis idarələrinin əməkdaşlığın dərinləşdirilməsi” haqqında bəyannamə imzalayıb.

 

Xatırladaq ki, Gürcüstan və Ermənistan arasında 224 km sərhəd xəttinin təxminən 71% artıq razılaşdırılıb.