Hərbçilər 2 tibb bacısını öldürüb, qaçdı - Hospitalda olayn

Sankt-Peterburqda hərbi hospitalda müalicə alan hərbçilər tibb bacılarını öldürüblər.

Hərbi hospitalın psixiatriya şöbəsində müalicə alan 3 yaralı yoxa çıxıb. İlkin məlumata görə, onlar 2 tibb bacısını öldürdükdən sonra qaçıb gizləniblər.

"Şübhəlilərin tapılması üçün qərb hərbi dairəsinin komandirliyi və hüquq-mühafizə orqanları tərəfindən birgə axtarış təşkil edilib”,- deyə hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur.