İdlib bombalandı: - 11 ölü, 40 yaralı

Suriyada Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri İdlib vilayətində bazara və ibtidai məktəbə zərbələr endirib.

sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, zərbələr nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət olan 11 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb.

Yaralılar səhra xəstəxanasına yerləşdiriliblər.