İki təyyarə havada toqquşdu, ölənlər var

ABŞ-ın Corciya ştatının Karroll bölgəsində iki yüngül mühərrikli təyyarə havada olarkən toqquşub.

"Qafqazinfo"nun "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Toqquşma Qərbi Corciya hava limanı yaxınlığında baş verib.

Polisin ilkin məlumatına görə, təyyarələrdən biri təlimlərdə istifadə olunurmuş.