İki təyyarə toqquşdu: - 4 ölü

Macarıstanda iki təyyarənin toqquşması nəticəsində 4 nəfər həlak olub.sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, dörd yerli Tsessna-182 və altı yerlik Payper-28 təyyarələri havada toqquşduqdan sonra hər ikisi Budapeştin təxminən 30 kilometr şimal-şərqindəki Qedelle şəhərində meşəlik əraziyə düşüblər.

 

Tsessnanın göyərtəsindəki 3 nəfər, o cümlədən bir uşaq ölüb. Payperin göyərtəsində 4 paraşütçü olub. Onlar toqquşmaya qədər təyyarədən tullanıblar. Kabinədə pilot qalıb və o da qəzada ölüb.