İldırım üç bacını öldürdü

Tacikistanda ildırım üç bacını vurub. Sabahinfo.az-ın vesti.ru-ya istinadən məlumatına görə, bədbəxt hadisə Tacikistanın Rudaki rayonunda baş verib. Bacıların ikisi Niqina və Marxabo dərhal, Mavlyuda Seyidova isə xəstəxanada ölüb.

Qeyd edək ki, Tacikistan FHN-nin məlumatına görə, ölkədə hər il ildırım vurmasından 4-5 nəfər dünyasını dəyişir.