İlham Əliyev: Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır

"Dağlıq Qarabağ münaqişəsində "status-kvo” qəbuledilməzdir”.

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinləgörüşüb.

sabahinfo.Az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.

Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo” qəbuledilməzdir. 

"Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.