İngiltərədə təyyarə qəzaya uğrayıb: - Ölən və yaralanan var

İngiltərədə  yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 1  nəfər ölüb, daha 1-i xəsarət alıb. 

sabahinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə TASS agentliyi məlumat verib. 

Məlumata əsasən, təyyarənin göyərtəsində 2 nəfər olub.

Təyyarə yerə düşəndən sonra güclü yanğın baş verib. Noric şəhəri yaxınlığında baş verən insidentin səbəbləri araşdırılır.