Huzuru, sağlamlığı və şəfanı — əsl mütəxəssis yanında tapa bilərik. Bu işdə biz təcrübələrinə dayanaraq bioenerji üzrə mütəxəssis Gülnar Məmmədovanı sizə təqdim edirik.
- Şəfa — oynadığın rolların fərqinə varmaqdır.
O təkrarlara baxmaqdır ki, sən onları tale sanırsan…
Və yavaş-yavaş seçməkdir ki, daha onları təkrarlamayasan.
Şüur, azadlığın başlanğıcıdır.
Əvvəl seminar-təqdimat, meditasiya, yemək, keyfiyyətli musiqi və əyləncə gəlin birlikdə günümüzü həm şəfalandıraq həmdə gözəlləşdirək. 30 noyabrda keçirdiyimiz seminar bizim üçün sadəcə tədbir deyildi – bir araya gələn insanların enerjisi, niyyətləri və ürəyi ilə möhtəşəm bir günə çevrildi.
Hər kəsin gözündəki maraq, səmimiyyət və pozitiv aura o qədər gözəl idi ki, hələ də həmin günün enerjisini üzərimizdə daşıyırıq.
Gələn hər bir iştirakçıya ürəkdən təşəkkür edirəm. Sizlərin qatılımı, suallarınız, paylaşdıqlarınız bu seminarı daha dəyərli və mənalı etdi.
Yeni tanışlıqlar, yeni fikirlər, yeni enerjilər… hamısı bizim üçün çox xüsusi oldu.
Bu seminar bir daha göstərdi ki, doğru niyyətlə, doğru enerji ilə yola çıxanda qarşıya çıxan insanlar da, açılan qapılar da həqiqətən çox gözəl olur. Enerjimizin daha çox insana çatması, daha çox qəlbə toxunması üçün bu seminar böyük bir körpü oldu. Biz birlikdə böyüdük, gücləndik və ən əsası – bir-birimizə ilham verdik. Bu yolda sizin kimi gözəl insanların olması bizim ən böyük motivasiyamızdır. Hər birinizə böyük sevgi və dərin təşəkkürlər. Tədbirin yüksək təşkilatçılığı üçün teleaparıcı Jalə Paşayevaya xüsusi təşəkkürümü bildirirəm.