İran səfiri: “Ermənistan enerji daşıyıcıları üçün tranzit ölkə ola bilər...”

Enerjidaşıyıcılarının Ermənistana ixracı üçün öncə yollar – avtomagistrallar və dəmiryolları inşa eləmək lazımdır. Bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi Tehranın nüvə probleminin yekun həllindən sonra İranın enerji resurslarının Avropaya nəqlində Ermənistanın tranzit ölkə olmasının mümkünlüyünə münasibət bildirərkən deyib.
Diplomatın sözlərinə görə, gələcəkdə belə bir şey mümkün ola bilər. "Vasitəçi ölkələrin "altılığı” ilə anlaşma əldə edildikdən sonra İranın iqtisadiyyatında ciddi inkişaf baş verəcək. Və mən əminəm ki, bu vaxt Ermənistanla münasibətlərimiz, ələlxüsus da iqtisadi sahələrdə daha da yaxşılaşacaq” – qeyd edib səfir.  
Qərblə anlaşmanın perspektivinə gəlincə, səfir bildirib ki, bunun üçün zaman lazımdır. "Ola bilsin, iyunun sonu üçün anlaşmaya nail olunsun” - əlavə edib diplomat.
Musavat.com