İran Türkiyədəki bütün nümayəndəliklərini bağladı

İranın İstanbul, Trabzon və Ərzurumdakı diplomatik nümayəndəlikləri bu gün bağlı olacaq.

Sabahinfo.Az azvision.az-a istinadən bildirir ki, bu barədə İranın Türkiyədəki səfirliyinin yaydığı məlumatda bildirilir. 

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb.