İran prezidenti Həsən Ruhani avqustda Azərbaycana səfər etməyi planlaşdırır.
sabahinfo.az Trend-ə istinadən bildirir ki, H.Ruhaninin Bakıda azərbaycanlı və rusiyalı həmkarları İlham Əliyev və Vladimir Putinlə üçtərəfli görüşdə iştirak edəcəyi gözlənilir.
Məlumata əsasən, prezidentlərin ikitərəfli görüşü də planlaşdırılır.
 
                             
                     
                         
                         
                         
                         
                        