İran vətəndaşından heroin tapıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” Gömrük Postundanarkotik maddə aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxil olan "bupronorfinadlı” dərman preparatı aşkar edilib. Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.