İraqda toyda partlayış: 50-dən çox insan ölüb

İraqın qərbində toy mərasimində törədilən terror aktı zamanı 50-dən çox insan ölüb, daha 30 nəfər isə yaralanıb.

sabahinfo.Az TASS-a  istinadən xəbər verir ki, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil Əl-Fəluca şəhərinin cənubunda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

"Əl-Cəzirə” telekanalının məlumatına əsasən, həlak olanlar arasında dinc sakinlər və yerli qəbilə başçıları da var.

Terror aktına görə məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.