“İsgəndər-M” qanadlı raketinin atış videosu yayıldı - VİDEO

Rusiya Müdafiə Nazirliyi "İsgəndər-M” operativ-taktiki raket kompleksindən qanadlı raketin döyüş atışı videosunu dərc edib. Bu barədə SalamNews RİA "Novosti”yə istinadla xəbər verir. Aprelin 15-də düşərgə toplanışının yekun mərhələsi çərçivəsində Mərkəzi hərb dairəsi raket briqadası ilə Həştərxan vilayətinin Kapustin Yar poliqonundan "İsgəndər-M” kompleksindən qanadlı raketin döyüş atışı həyata keçirilib.