İŞİD-dən azad edilən şəhərin qadınlarının sevinci

Suriyanın Menbic şəhəri İŞİD-dən təmizlənib.

Suriyanın Menbic şəhəri İŞİD terrorçularından təmizlənib. Terror qruplaşmasından azad olunan bölgədə ən böyük sevinci qadınlar yaşayıb. ANS PRESS-in məlumatına görə, onlar İŞİD-in məcburiyyəti ilə geyindiyi geyimləri, örtükləri çıxarıb ataraq bu sevinci qeyd ediblər.

Bütün bunları "Reuters" xəbər agentliyinin yaydığı fotolar sübut edir. Suriya Demokratik Qüvvələrişəhərə girməyə çalışarkən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri  havadan Menbici bombardman edir. Lakin bütün bunlara baxmayaraq şəhər sakinləri, xüsusən də qadınlar İŞİD məcburiyyəti ilə geyindikləri burkaları çıxarıb atırlar..