İŞİD-in növbəti hədəfi Böyük Britaniya ola bilər

İŞİD terror qruplaşmasının növbəti hədəfi Böyük Britaniya ola bilər.Bu barədə CNN telekanalına kəşfiyyatdakı mənbə bildirib.

Mənbənin məlumatına görə, İŞİD-in sıralarında döyüşən 700-dək Böyük Britaniya vətəndaşının ölkəyə qayıdaraq törədə biləcəyi terror hücumları təhlükəsinin olduğu bildirilir.

Qeyd edək ki, Böyük Britaniya İŞİD mövqelərinə havazərbələri endirməyə başladıqdan sonra radikallar britaniyalı deputatları hədələməyə başlayıb.