İsmayıllıda əhalinin tibbi müayinəsi davam edir

Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezidentcənabİlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, altıncı ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası da məhz belə tədbirlərdəndir. Rayonumuzda tibbi müayinələr mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 62 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur.

Tibbi müayinələrin keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanası, Rayon Uşaq Poliklinikası,Mərkəzi Poliklinikası,eləcə də qəsəbə və kənd tibb məntəqələrində hər cür şərait yaradılıb.Fevral ayının 11-dən aprel ayının 1-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 23338 vətəndaş tibbi müayinə olunub. Müayinələrdən sonra 40 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 618 nəfər ambulator müalicəyə, 127 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Xəstəliyi daha ağır olan 20 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
Müayinədən keçən İsmayıllı sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Nəsimi Teymurov

İsmayıllı Rayon İcra Hakimiyyəti,

İctimai-siyasi və humanitar məsələlər

şöbəsinin baş məsləhətçisi