İsrail Türkiyəyə “Azadlıq donanması”na görə təzminat ödədi

İsrail hökuməti "Azadlıq donanması” ilə əlaqədar hadisəyə görə Türkiyəyə 20 milyon dollar həcmində təzminat ödəyib.

sabahinfo.Az bu barədə "Hurriyet”ə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, vəsait Türkiyənin Ədliyyə Nazirliyinin hesabına köçürülüb.

Türkiyə hökuməti təzminatı "Azadlıq donanması” ilə əlaqədar hadisənin qurbanlarının ailələri arasında bölüşdürəcək.