İstanbulda 135 nəfər sərnişini olan gəmi YANDI

İstanbul Sarayburnunda BODO dəniz avtobusunda yanğın başlayıb.

Gəmi körpüdən çəkilib.

sabahinfo.Az Milliyet-ə istinadən xəbər verir ki, Kazan dairəsində başlayan yanğın həyəcanlı anlara səbəb olub.

Körpüyə yaxınlaşan gəmidəki 135 sərnişin təxliyə edilib. Xilasetmə qrupları dəniz avtobusundakı yanğını qısa müddətdə söndürüblər.