İstanbulda terror aktı törədənin kimliyi bilindi

İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib.

 

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib. 

 

Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini 20 yaşlı Burak Yavuz olduğu məlum olub.

 

Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.