İstanbuldakı terrorla bağlı əməliyyat: 13 nəfər saxlanıldı

Türkiyədə Atatürk hava limanında baş verən terror aktı ilə bağlı 16 ünvanda eyni zamanda əməliyyat keçirilib.

Sabahinfo.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 3-ü əcnəbi olmaqla 13 nəfər saxlanılıb.

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 canlı bomba tərəfindən terror aktı törədilib. Ard-arda baş verən 3 partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.