İstanbulu qana boyayanların fotoları yayıldı

İyunun 7-də Türkiyənin İstanbul şəhərində 12 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərin fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, İstanbul Terrorla Mübarizə İdarəsinin apardığı araşdırmalar nəticəsində ətrafdakı təhlükəsizlik kameralarının qeydləri təhlil edilib. Nəticədə polisVezneciləri qana bulayan terrorçuların görüntülərini əldə edə bilib. 

Təhlükəsizlik kameralarından əldə edilən görüntülərdə qadın kamikadze ilə terror hücumunu təşkil edən şəxs birlikdə görüntülənib.

İstanbul terrorunu həyata keçirən qadın kamikadze
İstanbul terrorunu həyata keçirən qadın kamikadze

İstanbulda partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 7-si polis olmaqla 12 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdı. Həmin partlayış zamanı həmçinin bir Azərbaycan vətəndaşı da yaralanıb.

Bu, Murad Merəliyev olub. Yaralı İstanbuldakı Haseki Xəstəxanasında əməliyyat edilib. "Onun bədənindən kiçik bir qəlpə çıxarıldı. İndi palataya köçürülüb, normal şərtlərlə müalicəsi davam etdirilir", - deyə xəstəxanadan bildirmişdilər.  

İcarəyə götürülmüş bir avtomobilin istifadə olunduğu terror hadisəsi zamanı bombanın uzaqdan idarə olunduğu dəqiqləşdirilib. Bu gün partlayışa görə məsuliyyəti PKK terror təşkilatının şəhər qolu olan TAK ("Kürdüstan azadlıq qırğıları") üzərinə götürüb. Terror qrupu bu barədə özünün internet səhifəsində açıqlama yayıb.

Vezneciləri qana bulayan terrorçular
Vezneciləri qana bulayan terrorçular