İtaliyada zəlzələdə ölənlərin sayı 73-ə çatıb

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə yerli "Rai News 24” kanalı xəbər yayıb.

 

Zəlzələ baş verən ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması əməliyyatı davam edir. Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.