“Bizə Qələbə qüruru yaşadan Liderimizə səs verəcəyik!”

Laçın rayonundan olan seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonu ərazisində məskunlaşmış Laçın rayonundan olan seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, şəhid atası Mamed Əhmədov, təşviqat qrupunun üzvləri Aytac Abbasova və Varaşil Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərib.  Bildirilib ki, bu gün Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir.

Seçicilər isə “Bizə Qələbə qüruru yaşadan Liderimizə səs verəcəyik!”,- deyə ifadə ediblər.  

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Masazır və Ceyranbatan qəsəbələrində məskunlaşmış Laçın rayonundan olan seçicilər ilə də görüş keçirilib. Seçicilər uğurlarımızın təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırılıb.