Kadırov ABŞ-dan təlimçi cəlb edəcək

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda yaradılan xüsusi təyinatlı qüvvələrin Beynəlxalq təlim mərkəzində işləmək üçün ABŞ-dan təlimçiləri cəlb etmək niyyətində olduğunu bildirib. 

sabahinfo.Az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb. 

"İlkin mərhələdə 200 təlimçinin cəlb edilməsi planlaşdırılır. Onlar dünyada ən yaxşı mütəxəssislərdir”, - o, bəyan edib. 

Bununla yanaşı Kadırov bəyan edib ki, amerikalı özəl təlimçilərdən də iş üçün 10-a yaxın ərizə daxil olub. 

"Bu, adlı-sanlı adamlardır. Baxacam. ABŞ-da həqiqətən Latın Amerikası, Asiya və Afrikada açıq və məxfi xüsusi əməliyyatlarda iştirak edən böyük təcrübəyə malik mütəxəssislərin olması danılmaz faktdır”, - Kadırov bəyan edib.

Bununla yanaşı o, ABŞ-ın hazırki xüsusi təyinatlılarını tənqid edib. 

"ABŞ-ın hazırki xüsusi təyinatlılarından söhbət gedirsə, onların rusiyalı döyüşçülərə nə öyrədə biləcəyini anlamıram. ABŞ-ın rəsmi güc strukturları bizdə Çeçenistanda sanksiyalara düşmür”, - o, qeyd edib. 

Qudermesdə 2018-ci ildə Xüsusi təyinatlı qüvvələrin beynəlxalq təlim mərkəzinin yaradılmasının başa çatdırılması planlaşdırılır.