Kayseridəki terrorda sağ qalan əsgər: - "Bizi təqib edirdilər"

Türkiyənin Kayseri vilayətində Erciyes Universitetinin qarşısından keçən zaman əsgərlərin olduğu sərnişin avtobusunun partladılması nəticəsində ölənlərin sayının 13, yaralıların isə 48-ə çatdığı deyilir.

Sabahinfo.Az hürriyet-ə istinadən xəbər verir ki, partlayışa səbəb bir avtomobilin avtobusa qəfil yaxınlaşması olub. 

Hadisə yerində olan müxbirlərə partlayış haqda ilk açıqlama da yaralanan əsgərdən gəlib.