Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında baş verən atışma nəticəsində ən azı iki pakistanlı hərbçi ölüb. 

sabahinfo.Az TASS-a istinadən xəbər verir ki, Hindistan tərəfindən itkilər barədə məlumat yoxdur. 

Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu, Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.

Pakistanın "Geo-TV” telekanalı öz növbəsində Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş açdığını bildirib.

Qədim Kəşmir knyazlığının ərazisi Hindistan və Pakistan arasında 1947-ci ildən mübahisə predmeti olaraq qalır. Hindistan-Pakistan müharibəsinin üçündən ikisi Kəşmirə görə baş verib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisini nəzarət xətti ayırır.