Klinton Trampı 6% qabaqlayır

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd olan Hillari Klinton populyarlığına görə, rəqibi Donald Trampı qabaqlayır.

 

sabahinfo.az Bloomberg agentliyinə isitnadən xəbər verir ki, bütün ölkə ərazisində keçirilən rəy sorğusuna görə, potensial seçicilərin 50%-dən çox Klintona, 44%-i isə Trampa səs verəcəklərini deyib.

 

Klintonun elektoratının əsasını qaradərililər, şimal-qərb regionunu sakinləri, 35 yaşdan gənc subay kişilər və ali təhsilli qadınlar Donald Trampın əsas elektoratını isə ali təhsili olmayan ağdərili kişilər, evli cütlüklər, cənub ştatlarının sakinləri və dini sekta nümayəndələri dəstəkləyir.