ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından Hillari Klinton və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparacaqlar.
sabahinfo.Az CBN-ə istinadən bildirir ki, iki namizəd Sent-Lüis şəhərindəki Vaşinqton Universitetində növbəti dəfə teledebata çıxıb.
Teledebatların əsl qəhrəmanı nə Klinton, nə də Trampdır: həmin şəxs Kennet Bondur.
Namizədlərdən enerjidaşıyıcıları ilə bağlı hansı siyasəti yürüdəcəyini soruşan K.Bon sosial şəbəkələrin fenomeninə çevrilib. Səbəb onun soyuqqanlı davranışı, xüsusilə də Kennetin əynindəki qırmızı jaketdir.
Sosial şəbəkə istifadəçiləri K.Bonu 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd qismində görmək istədiklərini yazırlar.
Kennet Bonu "Birləşmiş Ştatların yeganə ümidi" də adlandırırlar.