Kreml: Ərdoğan Putindən üzr istəyib

Türkiyə lideri Rusiya prezidentinə məktub ünvanlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

sabahinfo.az-ın RİA Novosti-yə istinadən məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda "üzr istəyirəm” ifadəsindən istifadə edib. 

Bundan əlavə, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini qeyd edib.