Maldivdə 170 nəfər girov götürüldü - YENİLƏNİB

Malinin paytaxtı Bomako şəhərində "Radisson” hotelində girov saxlanılanların bir hissəsi azad olunub.

Sabahinfo.az-ın "Reuters”ə istinadən verdiyi məlumata görə, silahlılar onları "Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.

****

Nigeriya maqnatı Aliko Danqote Malidə yaraqlıların girovları arasındadır.

Sabahinfo.az xəbər verir ki, sərvəti 14,7 milyard dollar olan Danqote Maliyə ölkənin prezidenti ilə danışıqlar aparmaq üçün gəlib.

Əldə olan məlumata əsasən, Danqote öz sərvətini şəkər və un ticarətindən əldə edib.

****

Malinin paytaxtı Bomako şəhərindəikisilahlı şəxs "Radisson” otelində 170 nəfəri girov götürüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Bomako otelinin daxil olduğu Rezidor otellər qrupunun mətbuat katibi bildirib.

"Onlar140-ı qonaq, 30 otel əməkdaşını girov götürüblər. Beləliklə də otel blok edilib,otelə giriş və çıxış qadağan olunub”, - otellər qrupunun mətbuat katibi bildirib.

Reuters-in məlumatına görə, silahlılar otelə "Allahu-Əkbər” qışqıra-qışqıra daxil olublar.

Daha öncə naməlum şəxslərin Malinin paytaxtının mərkəzində yerləşən Radisson Hotel Bomakootelinə hücum etdikləri bildirilmişdi.

Reuters agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar.Hazırda otel binasında atışma gedir.