Mavritaniyada koronavirus xəstəsi qalmadı

Mavritaniyada aktiv koronavirus xəstələri qalmayıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, ölkədə indiyədək 7 nəfərdə bu virus aşkarlanıb və qalan son iki nəfərin də testləri neqativ çıxıb. 752 nəfərin hələ də karantində saxlanıldığı bildirilib. Qeyd edək ki, ölkədə indiyə qədər 7 nəfərdə koronavirus xəstəliyi aşkarlanıb. Bu xəstələrdən yalnız 1-i ölüb.