Merkel doqquzuncu dəfə partiya sədri seçilib

Almaniya kansleri Angela Merkeldoqquzuncu dəfə Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib.   

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, XDİ-nin Essendə keçirilən qurultayında nümayəndələrin 89,5 faizi onun namizədliyini dəstəkləyib. Partiyanın sədri postuna başqa heç kim namizədliyini irəli sürməyib.  

 

Qeyd edək ki, 17 ildir XDİ-yə rəhbərlik edən A.Merkel 2017-ci ildə dördüncü dəfə Almaniyanın kansleri postuna namizədliyini irəli sürəcək.